Azərbaycan Basketbol Liqasının XV turunda “Gəncə” “Sumqayıt” səfərində qələbə qazanıb.
Tribunainfo.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, “Ordu” isə “Quba”nı 103:68 hesabı ilə məğlub edib.