Azərbaycan bankı adını dəyişir

Azərbaycan bankı adını dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikoil Bank” ASC adını “Yellow Bank”a dəyişir.

Bu barədə “Report”a Bankdan bildirilib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 95,68%-i “Topaz Investment” QSC-yə, 4,22%-i Marina Kulişovaya, 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.