Azərbaycan bank sektorunun zərəri bir qədər də artıb

Azərbaycan bank sektorunun zərəri bir qədər də artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur.

“Report”un analitik qrupu hesab edir ki, sektorun zərərlə işləməsi “Bank VTB (Azerbaijan)” ASC-nün ilin əvvəlindən böyük zərərlə işləməsi ilə bağlıdır.