Azərbaycan badmintonçuları finalda

Azərbaycan badmintonçuları finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib – 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.