Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cərimələndi – SƏBƏB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cərimələndi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, agentlik İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 496.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Agentliklə bağlı işə 20 may tarixində Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.

Nigar