“Azərbaycan Avtomobil Evi” məhkəməyə verildibackend

“Azərbaycan Avtomobil Evi” məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru olan “Azərbaycan Avtomobil Evi” MMC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, MMC ilə bağlı iddianı məhkəmədə Allahyarov Ayxan Zakir oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

“Azərbaycan Avtomobil evi” ilə bağlı işə Nizami rayon məhkəməsində baxılır. Növbəti proses 15 noyabr tarixinə təyin edilib. İş hakim Qumru Əliyevanın icraatındadır.

Qeyd edək ki, “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distributorudur. “SR Group Co.” MMC-nin törəmə şirkəti olan “Azərbaycan Avtomobil Evi” ölkədə “Changan” avtomobillərinin satışı ilə məşğuldur. MMC-nin direktoru Orxan Bayramovdur.

Tərəfləri dinləməyə hazırıq.

Roman