“Azərbaycan Avtomobil Evi” müxtəlif tarixlərdə saytımızda barələrində gedən məqalələrin həqiqəti əks etdirmədiyini bildirib.
Tribunainfo.az-ın məlumatına görə, MMC-dən bildirilib ki, sözügedən məqalələrdə qeyd edilən məhkəmə işlərinin heç biri üzrə “Azərbaycan Avtomobil Evi” MMC barəsində inzibati tənbeh və ya hər hansı digər məsuliyyət tədbiri tətbiq edilməmiş, tərtib edilmiş inzibati xəta haqqında protokollar isə məhkəmə qaydasında ləğv edilmişdir.
“Azərbaycan Avtomobil Evi” MMC, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərmək, müştəri məmnuniyyətini təmin etmək, müasir avtomobil bazarında şəffaflıq və dürüstlük prinsiplərinə riayət etmək, həmçinin hüquqi və etik normalara uyğun olaraq hərəkət etmək istiqamətində daim öz fəaliyyətini inkişaf etdirməkdədir. Şirkət öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq həyata keçirir və qanunvericiliyin tələblərinə ciddi riayət edir.
Gülşən