Azərbaycan AŞPA-dan da, Avropa Şurasından da çıxmalıdır – Baş redaktor

Azərbaycan AŞPA-dan da, Avropa Şurasından da çıxmalıdır – Baş redaktor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən Azərbaycanın AŞPA-dan da, ümumiyyətlə, Avropa Şurasından da çıxmasının tərəfdarıyam. Bu qurumlarda təmsilçilik bizə heç nə verməyib, vermir, verməyəcək.

Tribunainfo.az xəbər verir ki, bu sözləri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov deeyib. O bildirib ki, heyif bu müddətdə onlara ödədiyimiz üzvlük haqqından:

“Biz ora ancaq “haqq səsimizi dünyaya eşitdirmək” üçün qoşulmuşduq. Onlar isə bizim ağzımızı yumurlar. Səsvermə hüququmuzu ləğv edirlər. “Niyə?” soruşmuram, “hansı haqla” soruşuram. Özümüzü Qərbin yanında kiçik görüb, alçaltmalı deyilik. Avrosentrizm müalicəsi olan xəstəlikdir. Keçəcək”.