Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa çıxacaq.
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa çıxacaq.
TİA.AZ xəbər verir ki, Robert Prosineçkinin komandası səfərdə Almaniya millisinin qonağı olacaq.
Baş hakim Andris Treymanisin idarə edəcəyi oyun saat 22:45-a başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması 9 tur ərzində 10 xal yığıb və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enib.
Martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb.