Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək

Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.

TİA.AZ-ın  məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.

Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.