Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan TİA.AZ-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.
Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.