backend

Azərbaycan 73 əcnəbiyə qaçqın statusu verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada müharibələrə görə miqrasiya prosesi genişlənir. Ümumilikdə, 65 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb”.  “Dünyada müharibələrə görə miqrasiya prosesi genişlənir. Ümumilikdə, 65 milyondan çox insan qaçqın və məcburi köçkün düşüb”. 

TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

Rəis müavini bildirib ki, baş verən proseslər narahatlıq doğurur: “Azərbaycan işğala məruz qalıb, vətəndaşlarının hüquqları pozulub. Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlər miqrasiyanın başlıca subyektidir. Azərbaycanda bu kontingentdən olan insanlara dövlət qayğısı göstərilir. Azərbaycanın tətbiqi etdiyi model nümunədir, bundan digər dövlətlər də istifadə edə bilər. Bu sahədə insan hüquqlarına tam əməl edilir”.

P.Musayev vurğulayıb ki, “Qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: “Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Müraciət edənlərdən iki nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib”.