Türkiyə və Azərbaycan müdafiə, enerji və digitallaşma sahəsində iki ölkənin beynəlxalq arenada nüfuzunu birgə əməkdaşlıqla daha da artıracaq.
Tribunainfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər Universitetində “Texnogologiya Geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.
O qeyd edib ki, Türkiyənin müdafiə sənayesində yerli istehsalı, SİHA-lar ölkəyə yeni fürsət pəncərəsi açıb:
“Bunlar digər ölkələrlə əməkdaşlığa böyük təsir göstərir. Bu kontekstdə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji mövqeyə sahibdir. Azərbayca və Türkiyə müdafiə sənayesində daha güclü əməkdaşlıq təsis etməyə çalışır.
Digər əməkdaşlıq yolu isə digital transformasiya və süni zəka sahəsidir. Türkiyə və Azərbaycan müdafiə, enerji və digitallaşma sahəsində iki ölkənin beynəlxalq arenada nüfuzunu birgə əməkdaşlıqla daha da artıracaq”.