“Azəravtoyol” ekspertlərin xahişini yerinə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülərin müraciəti və şikayəti əsasında əsas yollardan birində olan problem aradan qaldırılıb. 

Sürücülərin müraciəti və şikayəti əsasında əsas yollardan birində olan problem aradan qaldırılıb.

TİA.AZ xəbər verir ki, “Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynovun müraciəti əsasında Abdulvahab Salamzadə küçəsində körpünün üstündə avtomobillərin gediş-gəlişinə maneə yaradan problem həll edilib.

Bu barədə məlumat paylaşan ekspert qeyd edib ki, problemin həll edilməsində “Azəravtoyol” əməkdaşları, xüsusən də məsələni nəzarətdə saxlayan Anar Nəcəfli köməklik göstərib.

Problemdən sonra artıq həmin yolda hərəkət edərkən avtomobillər tez-tez enib qalxmır:

“Abdulvahab Salamzadə küçəsindəki körpünün üstündə temperatur tikişlərinə (aşırımlar arsındakı kəsiklərə) doldurulan asfalt çox hündür olduğundan üstündən keçəndə avtomobillər zərbə alırdı. Müraciətimizlə həmin o kəsikləri yenidən doldurublar. Həm də normal və hamar. İndi daha avtomobillər həmin yolla hərəkət edərkən yuxarı hoppanmır”.

Ə.Hüseynov bildirib ki, həmin yol sürət həddinin kütləvi aşıldığı yollardandır:

“Bu səbəbdən də sürücü dostlardan sürət rejimini gözləməyi rica edirəm”.