“Azəralüminium” MMC “286 konteynerdə Gəncə – İstanbul marşrutu üzrə (qapıya təhvil şərti (Tuzla, Gebze, Koçaeli (Asiya tərəf)) dəmir yolu ilə 7900 ton və 444 konteynerdə Gəncə – İstanbul marşrutu üzrə (qapıya təhvil şərti (Tekirdağ, (Avropa tərəf)) dəmir yolu ilə 12210 ton ilkin alüminium külçələr yükünün daşıması.” tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “ADY Konteyner” MMC (1403849201) olub. Şirkətlə 2 085 441 manat məbləğində müqavilə imzlanıb.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “ADY Konteyner” MMC (1403849201) olub. Şirkətlə 2 085 441 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 2 150 500 manat dəyərindəki “3000 ton ( 110 konteyner ) miqdarında bişmiş anod blokları yükünün Çinin “Qujing” dəmir yol stansiyasından Gəncə stansiyasına daşınmasın satınalması” (17.06.2022) tenderini və 2 902 790 manat dəyərindəki 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing” şəhərindən dəmir yolu vasitəsi ilə Gəncə stansiyasına konteynerlərlə daşınması” (14.11.2022) tenderlərini də qazanıb.