“Azər-Türk Bank” və “İnvest-Az” məhkəməyə verildi

“Azər-Türk Bank” və “İnvest-Az” məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azər-Türk Bank” ASC və “İnvest-Az” İnvestisiya Şirkəti birlikdə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən bank və investisiya şirkəti ilə bağlı iddianı Abbasov Eldost, Abbasov Elşad və Abbasov İlqar qaldırıb. İşin mahiyyəti ilə bağlı açıqlama verilmir.

Bank və şirkətlə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 12 fevral tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Azər-Türk Bank”da (ATB) əhalinin əmanətləri də azalıb. 2024-cü ilin əvvəlinə 214 milyon 432 min manat olan əmanətlər 213 milyon 127 min manata düşüb.

Xatırladaq ki, “Azər-Türk Bank”ın Müşahidə Şurasının sədri Ruslan Əlixanov, İdarə Heyətinin sədri isə Orxan Hüseynovdur.
“İnvest-Az” İnvestisiya şirkətinin direktoru isə Şəhriyar Qurbanzadə, Müşahidə Şurasının sədri isə Elşən Quliyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən