“Azər-Türk Bank” mənim bank məlumatlarımı 3-cü şəxsə verib. Heç bir hüquqi əsas olmadan, məhkəmə qərarı olmadan bunu edib.
Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bankın uzun illərdir müştərisi olan Ömər Qurbanlı üzləşib. O bildirib ki, artıq vəkillə danışıb və bankla bağlı iddia qaldıracaq. Şikayətçi sözügedın bankda belə halların çox olduğunu da vurğulayıb:
“Bununla bağlı vəkilimlə danışdım. Qanun pozuntusu olduğunu və rəsmi şikayət hazırlamağın vacibliyini vurğuladı. Özüm Azərbaycanda deyiləm deyə, bəzi dostlarla maraqlandım dedilər, olur belə hallar. Uzun müddətdir ki, komissiya və limitlərə görə bu bankın istifadəçisiydim. Bu günə qədər yetərincə xeyir vermişəm. Elə olub ki, aylıq 30 min manat üzəri xərcliyim olub. Bu gün isə belə bir halla rastlaşıb, bərk əsəb keçirmişəm. Bir bank harada neçə manatlıq yemək yediyimi, nə qədər pul xərclədiyimi (özü də son 3 aylıq hesabat şəklində) niyə vəzifədə tanışı olan hansısa bir gədəyə versin ki? Çox təəssüf edirəm, ya o əməkdaşınızı tapın, vəzifəsindən azad edin, ağlı başına gəlsin, mənə də bunun səbəbini email vasitəsilə belə olsa izah edin. Ya da sizə yaxşı yol. Onsuz da, artıq texnologiya elə inkişaf edib ki, bank kartı səfirliklərə təqdim etməkdən başqa bir işə yaramır. Başqa alternativlərdən istifadə edərəm. Bu günə qədərki yoldaşlığımıza heyf. Öyrəşmişdim bu karta. Bu illər ərzində bütün səyahətlərimdə, shoppinglərimdə, ödəmələrimdə bu kartdan istifadə edirdim. Çox şey yaza bilərəm, əsəbiyəm. Yazmıram”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar