Bakı Kommersiya Məhkəməsində “Azər-Türk Bank” ASC-nin “Delta Group LTD” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 7-nə təyin edilib.
Qeyd: “Azər-Türk Bank” ASC “Delta Group LTD” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.