“Azər-Tac” Məhdud Məsuliyyətli Cəmiyyət barəsində cərimə protokolu yazılıb.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İşə 15 aprel tarixində Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin asədrliyi ilə baxılacaq.
Nigar