Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi Suraxanı Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Tribunainfo.az yazır ki, tərəflər arasında problem torpaq mübahisəsi üzündən yaranıb. İşin əsas mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq münasibətləri üzrə mübahisələrdir.
İşə Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baxılacaq. Tərəflər arasında ilk iclas 26 oktyabr tarixində baş tutacaq.