“Azcake” MMC şirniyyat evinə məxsus tortun içindən taxta parçası çıxdı.
Tribunainfo.az yazır ki, şikayətçi Gülyaz Əbilova-Heydərova bildirib ki, “Bolmart” supermarketdə “Azcake” şirniyyat evinə məxsus tort almaqlarına peşman olublar:
“Dünən Ə.Salamzadə küçəsində yerləşən “Bolmart” supermarketinin nəzdində fəaliyyət göstərən “Azcake”dən tort almışıq. Tort qonaqların qarşısına qoyulub. Ən pisi də odur ki, bu tortdan iki azyaşlı uşaq da yeyib. Xoşbəxtlikdən bu şəkildə gördüyünüz yad cism – bir ucu iti olan taxta parçası uşaqların qarşısına çıxmayıb. Uşaq diqqət etməsə və bunu udsa hansı fəsadlara yol aça biləcəyini düşünmək belə istəmirəm. İlk dəfə idi buradan tort almışdıq, bu son olacaq”.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.