“Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küc. 1) yerləşib və ona milyonlarla pul ödəyib”. Tribunainfo.az xəbər verir ki, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Mustafa Hacıbəyli rəqibi Azay Quliyev haqda belə deyib. Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: ” İmza toplayarkən seçicilər mənə “Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsız” – deyə, sual verirdilər. Əgər hakimiyyət total saxtalaşdırmaya getməsə, sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək”.
Elnur