“Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1) yerləşib və ona milyonlarla pul ödəyib.
Tribunainfo.az-ın xəbərinə görə, bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: “İmza toplayarkən seçicilər mənə “Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?” – deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək”.
Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq.