Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev də parlament seçkilərində iştirak edəcək.
Bakupost.az -ın əldə etdiyi məlumata görə o, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Bu dairədə Azay Quliyev Yeni Azərbaycan Partiyasının namizədi Həcər Mirzəyeva, “Musavat” Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli və digər namizədlərlə mübarizə aparacaq.
Qeyd edək ki, bundan öncə Azay Quliyev 2015-ci və 2020-ci illərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib.