Tikinti materialları bazarı olan “EuroHome” MMC növbəti dəfə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, MMC ilə bağlı iddianı “Azsığorta” şirkəti qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir.
“EuroHome” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 4 mart tarixində hakim Elnur Həsənovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “EuroHome” MMC-nin sahibi Azay Möhnətovdur. “Azsığorta” ASC-nin İdarə Heyətinin sədri isə Yusif Soltanovdur.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən