Azana qarşı çıxan QHT sədri DANIŞDI: “Mən məşədi xanımam və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mənim feysbuk parolumu sındırıb adımdan azan səsini eşitmək istəmirəm yazıblar. Bu, mənim düşmənlərimin işidir. 

“Bu gün mənim feysbuk parolumu sındırıb adımdan azan səsini eşitmək istəmirəm yazıblar. Bu, mənim düşmənlərimin işidir.”

TIA.AZ xəbər verir ki, bu sözləri “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva sosial şəbəkədə Azanla bağlı hər kəsin təəccübünə səbəb olan statusuna açıqlama verərkən deyib.

“Mən məşədixanımam və dinimə, dilimə hörmət edirəm. Kimlər başqa cür anlayırsa, bu, onun öz işidir”.

QHT sədri bu məlumatı yayan saytları da ittiham edib: “Milli.az saytı ən azı məndən soruşmalı idi, dəqiqləşdirmək üçün. Ancaq o jurnalist düşmən kimi düşmənlərə xidmət edib. Bu qədər hay küy salmağa əsas yox”.


İLAHƏ