“Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) bazasında “Tu-154” təyyarələri yoxdur. “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) bazasında “Tu-154” təyyarələri yoxdur.
Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. QSC rəsmisi bildirib ki, AZAL sovet istehsalı təyyarələrdən çoxdan imtina edib.
“Artıq neçə illərdir ki, bu təyyarələrdən Azərbaycanda istifadə edilmir. Bizdə “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən istifadə edilir”.
Qeyd edək ki, ötən gün Rusiyanın “Tu-154” təyyarəsi Qara dənizə düşüb. Bu təyyarələr 1972-ci ildən xidmət üçün istifadəyə verilib. Üzərindən 14 il keçdikdən sonra modernləşdirilib. Təyyarələrin 39-u qəzaya düşüb. Bu səbəbdən “Tu-154” təyyarələrinə “uçan tabut” deyilir.
1026 ədəd istehsal olunan “Tu-154”lərin istehsalı 2013-ci ildə dayandırılıb. Rusiyanın “Aeroflot” aviaşirkəti “Tu-154” donanmasını 2009-cu ilin sonunda təqaüdə göndərib. Hazırda dünyada təxminən 50 “Tu-154” sərnişin təyyarəsi mövcuddur.
azvision.az