Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
Tribunainfo.az xəbər verir ki, hadisə ilə əlaqədar hazırda AZAL mətbuat nümayəndələri üçün brifinq keçirir.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.