AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verirbackend

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Tribunainfo.az-a verilən məlumata görə, Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.

Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın. “Azərbaycan Hava Yolları” ilə yeni üfüqlər kəşf edin!