AZAL SƏRNİŞİNLƏRİ APARDI, BAQAJLARI QALDI… “BİR NƏFƏR BÜTÜN BAQAJI ALDIĞI ÜÇÜN…” – ŞİKAYƏT

AZAL SƏRNİŞİNLƏRİ APARDI, BAQAJLARI QALDI… “BİR NƏFƏR BÜTÜN BAQAJI ALDIĞI ÜÇÜN…” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hava Yolları gəncədən Sankt-Peterburqa uçan sərnişinlərin bağajını aparmayıb. Təyinat nöqtəsinə çatandan sonra sərnişinlərə bildirilib ki, baqajınız növbəti reyslərdə gətiriləcək.

Tribunainfo.az yazır ki, bu problemlə üzləşən Tural Bayramalıyev bildirib ki, bu barədə sərnişinlərə əvvəlcədən heç bir məlumat verilməyib:

“Şikayətim Azərbaycan Hava Yolları, AZAL-dandır. Deməli, dünən 19:10-da Gəncə-Sankt Peterburq reysi təşkil olunub. Təyyarədə uçan 40 nəfər sərnişinin çantalarını aparmayıblar, səbəb isə 1 nəfərin bütün baqajı alması və onun yüklərinin yüklənməsi olub. Digər sərnişinlərin çantalarını isə baqajda yer olmadığından aeroporta saxlayıblar və bu prosesdən müştərilər təyinat nöqtəsinə çatanda xəbər tutub. Hələ utanmazcasına müştərilərə ərizə də yazdırıblar ki, guya növbəti günlərdə digər, Bakı-Sankt Peterburq reysi, ya da növbəti həftənin reysi ilə göndərəcəklər. Bəlkə elə çantaların içində kiminsə həyati əhəmiyyətli nəyisə olub? Üstəgəl həmin baqaja görə sərnişinlər əlavə ödəniş də ediblər. İndi bu məsuliyyətsizliyin hansı səviyyəsidir?”.

AZAL-dan isə bildiriblər ki, sərnişinlərin çantalarının aparılmaması ilə bağlı qərar uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.