Şikayətim Azerbaycan Hava Yollarındandır (AZAL). Avtodayanacaqda işləyən işçilər ürəkləri kimə istəyir bir aylıq hava limanına girmək qadağası qoyurlar.
Tribunainfo.az yazır ki, bu barədə Zaur Şirəli adlı vətəndaş yazıb:
“Avtodayanacaq tərəfdə maşın saxlayıb Naxçıvandan gələn bağlamamı götürmək üçün gözləyirdim. Yolu kəsən maşınları çıxarandan sonra maneçilik törətmədiyim halda mənə də sür dedilər. Səbəbini soruşdum. Növbə rəisi aqressiv halda dedi ki, yaxşı, çıxarma, maşınına bir ay müddətinə hava limanına girmək qadağası qoyuldu. Hava limanı kimin özəl mülküdü? Kimə istəyirlər belə qadağ qoyurlar.
60 manat bileti el altından 100-120 manata satırsınız. Bunlarla necə mübarizə aparaq?”.