AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və sentyabrın 3-dən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
Tribunainfo.az xəbər verir ki, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.
Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.