“İpək Yolu Sığorta” şirkətinin əsas göstəriciləri məlum olub. Tia.az Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı hesabata əsasən xəbər verir ki, şirkətin yığımları bu ilin yanvar-aprel aylarında 10,2% və yaxud 810,66 min manat azalaraq 7,159 milyon manata düşüb. Halbuki, 2017-ci ilin eyni dövründə bu rəqəm 7,969 milyon manat təşkil etmişdi.
Sığorta şirkətinin yığımları ilə müqayisədə ödənişləri daha çox azalıb. Belə ki, bu ilin ilk 4 ayında sığorta ödənişlərinin həcmi 49,4% azalaraq 394,2 min manata düşüb. 2017-ci ilin eyni dövründə “İpək Yolu Sığorta”nın ödəniş xərcləri 779,26 min manat olmuşdu.
Şirkətin yığımlarının azalması ilə nisbətdə ödənişlərin daha çox azalması zərərlilik göstəricisi aşağı salıb. Belə ki, ötən ilin ilk 4 ayında “İpək Yolu Sığorta” topladığı hər 100 manatdan 9,8 manat ödəniş həyata keçirmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 5,5 manata düşüb.
TİA.AZ