AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb

AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Pilotlarımız peşəkar olub, onların 10 min saatdan çox uçuş ediblər.

Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.

“Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, – Samir Rzayev bildirib.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.