backend

AZAL-ın bələdçilərini azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Londonda saxlanılan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bələdçiləri azadlığa buraxılıb. 

Ötən gün Londonda saxlanılan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bələdçiləri azadlığa buraxılıb.

Bu barədə TİA.AZ-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. AZAL rəsmisi qeyd edib ki, bələdçilər yaxın saatlarda Azərbaycana qayıdacaqlar.

Qeyd edək ki, AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Dünən London-Bakı marşrutu ilə uçan təyyarə Londondan Bakıya qayıdıb.