Cari ilin 11-22 noyabr tarixləri arasında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkəyə səfər edəcək şəxslərə “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.
Qurumdan Tribunainfo.az-a verlən xəbərə görə, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı VISITCOP29 promokodundan istifadə etməlidirlər.
Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri 08 noyabr 2024-cü il tarixinədək əldə etmək mümkündür. Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr – 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.