backend

AZAL 90 nəfəri “qara siyahı”ya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) arzuolunmaz sərnişinlərinin siyahısına 90 nəfər daxildir.  “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) arzuolunmaz sərnişinlərinin siyahısına 90 nəfər daxildir. 

TİA.AZ xəbər verir ki, barədə AzVision.az-ın sorğusuna cavab olaraq AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

AZAL rəsmisinin sözlərinə görə, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

“Hava gəmisinin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin arzuolunmaz sərnişinlər siyahısına daxil edilir”.

P.Kəsəmənski vurğulayıb ki, “Azərbaycan Hava Yolları”-nın (AZAL) arzuolunmaz sərnişinlərin siyahısı ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. “Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və passport nömrəsini yazaraq sərnişinin arzuolunmaz sərnişinlərin siyahısında olub-olmaması və əgər siyahıya daxil edilmişdirsə, hansı səbəbdən daxil edilməsi barədə məlumat almaq mümkündür”.