“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib olunub.
Valyuta.az xəbər verir ki, AZAL İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
295.2-cü maddədə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir.