Müsavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Azad Həsənova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. O, 2018-ci ilin oktyabrında Bakıya gəlib. Oktyabrın 11-də isə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.