Azad edilmiş digər rayonlarımıza da avtobus reysləri nə zaman açılacaq? – AÇIQLAMAbackend

Azad edilmiş digər rayonlarımıza da avtobus reysləri nə zaman açılacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verəcək.Bəs, növbəti mərhələdə hansı işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutu açılacaq?

TİA.AZ xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, sərnişindaşımanın təhlükəsizliyi və infrastruktur nəzərə alınmaqla digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək.

“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. 30 illik işğal və müharibə dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Torpaqların işğaldan azad edilməsi dağıntıların miqyasının necə böyük olduğunu üzə çıxardı. Hazırda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur”, – məlumatda deyilir.

Qeyd edək ki, hazırda Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reysləri həyata keçirilir. (Trend)