AZAD EDİLƏN ƏRAZİLƏRDƏKİ YOLLARDA QAYDA-QANUN İŞLƏMİR – EKSPERT

AZAD EDİLƏN ƏRAZİLƏRDƏKİ YOLLARDA QAYDA-QANUN İŞLƏMİR – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdəki yollarda qayda-qanun işləmir, kim necə gəldi avtomobil idarə edir. Yollar bərbad, nişan, nişanlanma xətləri yox səviyyəsindədir. Sürücülərə nəzarət olunmur, şirkətlər biraz pul xərcləyib nəqliyyat təhlükəsizliyini təmin etmir.

Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı son bir həftədə işğaldan azad olunan ərazilərdə baş verən qəza hadisələri ilə bağlı danışarkən deyib. E.Muradlı bildirib ki, son bir həftədə Qarabağ və ətraf ərazilərdə cəmi 2 yol qəzasında 6 nəfər ölüb, 4 yaralı var:

“Dəfələrlə demişəm, oralarda qayda-qanun işləmir, kim necə gəldi sürür. Yollar bərbad, nişan, nişanlanma xətləri yox səviyyəsindədir. Ərazidə hərbi maşınlar da qəzaya düşür, əsgər və zabitlərimiz ölür.
Dövlətimiz işğaldan azad olunan ərazilərdə yol terroruna dur deməli və geniş bir layihə çərçivəsində təbliğat işi aparmalıdır. Bir şeyi unutmayaq, bizim sürücülər nəzarət olmayan yerdə ölümə getməkdən çəkinmir. Ciddi nəzarət lazımdır”.