Dovşan əti əsrlərdir insanların qida mənbəyi olub və toyuq, ördək kimi istehlak edilir. Yağ miqdarı digər ətlərə nisbətən az olan dovşan əti, zəngin protein və vitamin tərkibi ilə diqqət çəkir.
Tribunainfo.az dovşan ətinin faydalarını təqdim edir:
Yağ az olduğundan kökəltmir, orqanizmi gümrah saxlayır.
Yüksək proteinlə sümükləri və əzələləri gücləndirir.
Sinir sistemi və qan hüceyrələri üçün vacib B12 vitamini ilə zəngindir.
Güclü antioksidant təsir göstərir, iltihabı və zərərli hüceyrələri bədəndən uzaqlaşdırır.
Potassium və selenyum sayəsində ürək-damar sağlamlığını dəstəkləyir, reproduktiv sağlamlığa müsbət təsir göstərir.
Necə yeyilir?
Dovşan ətinin dadı bir qədər turşməzədir və toyuq ətinə bənzəyir. Ənənəvi olaraq soğanla bişirilir, qaynadılaraq və ya qızardılaraq süfrəyə təqdim olunur.
Qeyd: Sağlamlıq baxımından xüsusilə dağ dovşanlarının əti daha faydalı hesab edilir.
Pravda.az