“XİN adından AZAL-a məxsus təyyarənin qəzaya uğrama səbəbləri barədə yayılan məlumatlar saxtadır”

“XİN adından AZAL-a məxsus təyyarənin qəzaya uğrama səbəbləri barədə yayılan məlumatlar saxtadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O, sözügedən məlumatın saxta olduğunu vurğulayıb.

Qeyd edək ki, məlumatda Ayxan Hacızadənin AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi kimi quş sürüsü ilə toqquşması versiyasını təsdiqlədiyi bildirilib.