Ayvazyan: Bakı və Ankara məqsədu budur ki…backend

Ayvazyan: Bakı və Ankara məqsədu budur ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ermənistanda Azərbaycanla bağölanacaq sülh müqaviləsi, rəsmi Bakının saziş üçün irəli sürdüyü tələblər ətrafında geniş müzakirələr gedir. Tribunainfo.az xəbər verir ki, baş verənlərə Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan da münasibət bildirib.
O iddia edib ki, Azərbaycan və Türkiyənin siyasəti siyasi, iqtisadi və ideoloji sahələrdə hərbi uğurları təmin etməyə yönəlib. “Bu da onların regionumuzda daimi üstünlüyünün bərqərar olmasına gətirib çıxaracaq”.
Lakin Ayvazyan hesab edir ki, Bakı və Ankaranın bir başqa məqsədi isə “Ermənistanı həyat qabiliyyəti olmayan dövlət qurumuna çevirməkdir”.
O, bunu Tavuşda aparılan sərhədlərin demarkasiyası prosesi ilə izah edərək, həmin ərazinin Azərbaycana qaytarılmasını Ermənistanın Gürcüstanla əlaqələrinin kəsilməsinə səbəb olacağı ilə əsaslandırıb.