Tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanova Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.
“A.Sultanovanın hazırda Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün həkimin səhhətinin kəskin pisləşməsi, rəhbərlik etdiyi tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi və vəziyyətinin ağır olması ilə bağlı məlumat vermişdik. Həkim son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.
A.Sultanova daha əvvəl “Caspian”, “Badam”, “Məlhəm” klinikalarında da rəhbər vəzifələr tutub.