Rəqsanə İsmayılovanın özü kimi müğənni qızı Aysun İsmayılova aparıcı Zaur Nəbioğlu üçün bişirdiyi yarpaq dolmasının reseptini paylaşıb.
Tribunainfo.az xəbər verir ki, yenicə ana olan Aysun bildirib ki, bu dolmaları aparıcı Zaur Nəbioğlu üçün bişirib:
Zaurun verilişində qonaq olanda bildirdi ki, mənim yemək bişirməyimə inanmır.Mən də ona söz verdim ki, öz əllərimlə ona dolma büküb göndərəcəm.
Deməli, bu dolmanın ətinə soğan, göyərti, iki qaşıq qatıq, əridilmiş kərə yağı, bir çay qaşığı narşarab, duz, istiot, sarıkök və quru nanə əlavə etmişəm. Qazanın içinə tərs formada boşqab qoyuram. Sonra dolmaları düzüb üstünə limon dilimləri və yağ əlavə edib bişirirəm”.
Aysun bişirdiyi dolmaları aparıcı üçün studiyaya aparıb.
Gülşən