Ermənistanda kilsə ilə hökumət arasında qalmaqal davam edir.
Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın açıqladığı fikirlərlə qarışan ortalığı durultmaq üçün bəzi kilsə nümayəndələrinin cəhdləri də səmərə verməyib.
Qeyd edək ki, Erməni Apostol Kilsəsi Paşinyanı tənqid edən bəyanat yaysa da, bütün ermənilərin katalikosu II Qaregin bu barədə danışmaqdan imtina edib. Erməni müxalifəti isə maksimum dərəcədə bundan yararlanıb, insanları küçələrə çıxarmağa çalışırlar.
İrəvanda fəaliyyət göstərən Azərbaycanşünas Tatevik Ayrapetyan isə deyir ki, Azərbaycanın tezisləri Nikol Paşinyanın tezisləri ilə eynidir. O iddia edib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin son açıqlamaları İrəvanda direktiv kimi istifadə olunur.
Fərda Uğur