AYNA və BNA cərimələndi…  – MARAQLI SƏBƏBbackend

AYNA və BNA cərimələndi… – MARAQLI SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Nəqliyyat Agenbtliyi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az yazır ki, AYNA və BNA İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 347-ci maddəsini pozub.

Nəqliyyatın hərəkətinə və parklanmasına nəzarət edən hər iki qurum özü nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə cərimə edilib.

Belə ki, Tələbi pozulan maddəyə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

AYNA və BNA-nın işinə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Nigar