AYNA və Abşeron İH bu vəziyyəti görmür? – Foto

AYNA və Abşeron İH bu vəziyyəti görmür? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil yollarında təhlükəli vəziyyət hökm sürür. Xırdalanın mərkəzindəki əsas yollarda belə piyada zolaqları silinib.

Problemlə bağlı Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın illərdir həll olunmayan yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da heç bir tədbir görülməyib.

Xırdalan sakini Aqil Həmidov bildirib ki, icra hakimiyyəti bu problemləri həll etməkdə maraqlı deyil:

“Xırdalanda Abşeron rayon İcra Hakimiyyəti binasının qarşında piyada zolaqı silinib. Hər gün o yoldan uşaqlar istifadə edib məktəbə, baxçaya gedirlər. Bu xüsusilə uşaqlar üçün çox təhlükəlidir. İcra başçısı maşından düşəndə bu mənzərəni görməlidir axı”.

Digər sakin Elnur Əliyev isə bildirib ki, Xırdalanda hər yerdə vəziyyət belədir:

“Evimizin yanında, M.Hadi küçəsindəki vəziyyətin şəkillərini çəkib AYNA-ya göndərmişəm. Amma reaksiya vermirlər. Hər gün uşağım oradan keçib məktəbə gedir. Allah eləməsin, bir hadisə baş versə AYNA-nı partladıb həbsə gedəcəm”.

Sakinlər bildirib ki, Xırdalanın əksər yollarında piyada nişanını külək aşırdıb, düzəldən isə yoxdur:

“Həm piyada zolağı silinib, həm də piyada nişanı aşıb. Təsvir edin ki, o yoldan keçmək necə təhlükəlidir. Yaxınlarda bir piyadanı həmin yerdə maşın vurdu, dünyasını dəyişdi. Gözləyirlər bu kimi ölümlər artsın, ondan sonra bir tədbir görsünlər”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən