Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri Anar Rzayev TIR sürücülərini, yəni logistik şirkətin nümayəndələrini işləməyə qoymur. 15 nəfərdən çox TIR sürücüsü bir dənə icazə kağızına görə, yəni üçüncü ölkəyə keçmək üçün tələb edilən dazol vərəqinə görə günlərlə sərhəddə qalır. Nə qədər sürücü 13-15 gündən çoxdur İran sərhədindədir.
Tribunainfo.az xəbər verir ki, bu problemi jurnalist Rəmzi Bağırov çatdırıb. TIR sürücülərinin, logistik şirkətin nümayəndələrinin problemini dilə gətirən jurnalist qeyd edib ki, AYNA rəhbərliyinin laqeydliyi ucbatından TIR-larda daşınan mallar da məhv olur:
“Bilirsiniz ki, İran ərazisində 15 gündən artıq qalan sürücülər vergi ödəməlidir. AYNA-nın vermədiyi bir dənə icazə vərəqi ucbatından bu gün nə qədər TIR sürücüsü, logistik şirkətin nümayəndəsi problem yaşayır, çətinlik çəkir. Bu dazol vərəqi adi A4 vərəqindən ibarətdir. Verilməsi heç də çətin bir şey deyil. AYNA onu da sürücülərə od qiymətinə satır. Baha olsa belə onu almağa hazır olan sürücülərə də bu vərəqlər verilmir. Sürücülər günlərdir qalıb sərhəddə, TIR-ları yüklə dolu. Yük də yolda qalmaqdan zay olur, özləri də əsəb yaşayırlar. Bu istidə günlərlə sərhəddə qalmaq nə deməkdir?
İranlılar bizim sürücüləri orada ələ salır. Səsləri də var, iranlılar bizimkilərə deyir, ay azərbaycanlılar, bu icazə vərəqi nə olan şeydi ki, onu da ala bilmirsiz. Deyirlər, Dağıstan gəlib aparır, başqa ölkələr keçib gedir, bir dənə Azərbaycana məxsus TIR-lar qalıb.
AYNA rəhbəri Anar Rzayev öz səlahiyyətindən düzgün istifadə etmədiyinə görə bizim TIR sürücüləri əziyyət çəkir, problem yaşayır üçüncü ölkəyə keçmək üçün.
Bu qədər sürücü niyə çətin vəziyyətdə qalmalı, əsəb keçirməli, malları məhv olmalıdır?”.
R.Bağırov sürücülər adından ölkə rəhbərliyinə müraciət edərək kömək istəyib:
“Buradan hörmətli Hikmət Hacıyevə səslənirəm, xahiş edirəm, mənim bu videomu prezidentə göstərin. Hörmətli Prezident İlham Əliyev bu cür məmurlara qarşıdır. Belə məmurların prezident tərəfindən dəfələrlə necə cəzalandırıldıqlarının şahidi olmuşuq”.
Sürücülərin iddialarına görə, Anar Rzayevin özünün 100-dən çox TIR-ı var, ona görə də dazol kağızlarını vermir. Amma öz TIR-ları fasiləsiz gedib gəlirlər.
Roman